Sabah Misli Premyer Liqasında yeni mövsümə start verəcək “Araz-Naxçıvan” daha 2 futbolçu ilə müqavilə imzalayıb.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Naxçıvan təmsilçis Qabil Əlizadə və Nihat Mehralievlə 1 illik müqavilə imzalayıb.
21 yaşlı Nihat Mehraliev hücuma meyilli yarımmüdafiəçidir. Ötən mövsümü “Şamaxı”da keçirən futbolçu Azərbaycanın U-21 millisinin heyətində 2 oyunda meydana çıxıb.
25 yaşlı Qabil Əlizadə də hücuma meyilli yarımmüdafiəçidir.
O, “Araz-Naxçıvan”ın əvəzedici heyətində çıxış edib. Daha sonra “Sumqayıt-2”, “Karvan-Yevlax” və “Mingəçevir”in də formasını geyinib.
“Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssouf Paro, Bruno Franko, Artur Auqusto Da Silva, Mara Mohamed, Abdulla Rzayev, Abdallah Sudi, Mamadu Kane, Ağadadaş Salyanski, Boyan Letiç, Mustafa Əhmədzadə və Luka Dumançiçlə müqavilə imzalayıb.
