Yer axtarışına çıxan klubdan AÇIQLAMA: “Mümkün və real variant nədirsə...“

15:15 Araz-Naxçıvan 163
Yer axtarışına çıxan klubdan AÇIQLAMA: “Mümkün və real variant nədirsə...“

«Araz Naxçıvan» Bakını tərk edib.

Muxtar Respublika təmsilçisi növbəti mövsümdən etibarən ev oyunlarını regionda keçirəcək.

Amma yenə doğma bölgədə yox. «Ağ-qaralar» məkan olaraq Qəbələni seçib.

Gündəlik məşqlərini paytaxtda keçirəcək komanda oyundan-oyuna Qəbələyə yollanacaq.

«Qəbələ»nin balansında olan stadion onlar tərəfindən 1 illik icarəyə götürülüb. Bu, yerli klubla aparılan danışıqların yekunudur.

«Araz» ötən 3 mövsümdə rəqiblərini Mərdəkanda qonaqlayıb.

AFFA-nın nəzdindəki arenadan icarə hüququ ilə yararlanıblar. Hazırda isə burada yenidənqurma işləri aparılır, süni qazon dəyişdirilir.

Məkan, böyük ehtimalla, tezliklə «Sabah»ın ixtiyarına veriləcək.

Bakıda və ona yaxın digər şəhər və qəsəbələrdə isə Premyer Liqanın standartlarına cavab verən başqa stadion tapmaq müşkül məsələdir.

«Araz» rəhbərliyi kömək məqsədilə elita mənsublarından bir neçəsinə müraciət ünvanlayıb, fəqət, yardım əlini uzadan, «gəl, buradan ikimiz də istifadə edək» deyən olmayıb. Belədə yalnız «Qəbələ» köməyə çatıb.

“Araz Naxçıvan“ın icraçı direktoru Eldəniz Yusifov mövcud vəziyyətlə bağlı Sportinfo.az-a açıqlama verib:

“Hələ bəzi məsələlər açıq qalıb. Mərdəkanda oynamaq istəməyimizlə bağlı AFFA-ya sorğu göndərmişik.

AFFA-dan cavab gözləyirik. Eyni zamanda “Sumqayıt“a müraciət etmişik.

“Şəfa“ bir müddət əvvəl “SOCAR Polymer“i icarəyə götürdüyündən, ora getmək ehtimalı azdır. Hazırda bəzi region variantları var.

“Qəbələ“ ilə də danışıqlar aparırıq. Gələn həftənin əvvəlində bu məsələyə aydınlığın gəlməsi gözlənilir.

Mümkün və real variant nədirsə, ondan da istifadə edəcəyik“.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti