“Araz-Naxçıvan” rəhbərliyi yenicə baş məşqçi vəzifəsinə gətirdiyi Cavid Hüseynovun işinə qarışıb.
İyunda birillik müqaviləyə imza atmış gənc çalışdırıcının isğəmədiyi futbolçunu təyzyiq yoluyla düşərgədə saxlayıblar.
Söhbət Bruno Frankodan gedir. Onunla yeni müqavilə imzalanıb.
28 yaşlı cinah müdafiəçisi daha 1 il Naxçıvan təmsilçisinin uğurları üçün çalışacaq.
Braziliyalı 2025-2026-cı illər mövsümünü də “Araz-Naxçıvan”ın heyətində keçirib.
Hüseynov cənubi amerikalının burada qalmasının əleyhinə olsa da, yönətim onun mövqeyinə əhəmiyyət verməyib. “Sambaçı“ isə aylıq 15 min dollar maaşının 12 minə endirilməsinə razılaşıb.
Əslində, bu, təəccüb doğurmamalıdır. Klubda baş məşqçinin işinə qarışmaq adət halını alıb. Əvvəl burada fəaliyyət göstərmiş mütəxəssislər də eyni hadisəylə qarşılaşıblar.
Bir də ki, Hüseynov “Araz“a xahiş-minnətlə gəlib. Onun təyinatı AFFA-nın sabiq icraçı vitse-prezidenti Elxan Məmmədovun vasitəsilə gerçəkləşib.
14 ildən artıq müddətdə federasiyaya rəhbərlik etmiş E.Məmmədov Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundovdan Cavid Hüseynovu sükan arxasına gətirməyi xahiş eləyib, o da dostunun sözündən çıxmayıb.
SPORTİNFO.AZ

