"Araz Naxçıvan"ın gələn sezona hansı büdcə ilə başlayacağı dəqiqləşib.
Muxtar Respublika təmsilçisi 5,5 milyon manat vəsaitlə qarşıdakı futbol ilini yola verməli olacaq.
Yeni büdcə ondan xəbər verir ki, Zaur Axundovun iqtisadi rıçaqları kifayət qədər zəifləyib. Bu da səkkiz-doqquz aydır biznes sferasında yaşadığı problemlərlə əlaqədardır.
İşləri qaydasında getmədiyi üçün kluba ayırdığı pul kütləsinin ümumi miqdarını yarıbayarı azaltmalı olub.
«Ağ-qırmızılar» 2023-cü ilin yayından onun kurasyiasındsadır. Axundov Naxçıvan Futbol Federasiyasının prezidenti seçiləndən bəri «Araz»ı tamamilə öz nəzarətinə götürüb.
İndi isə faktiki olaraq heç kim ona dəstək vermir. Dayaqları kifayət qədər zəifləyib. Klubun bütün yükünü təkbaşına çəkmək
məcburiyyətində qalıb. O, bir neçə ay öncə mediaya verdiyi açıqlama ilə Naxçıvanın rəsmi və iş dünyasına mesaj göndərsə də, görünən odur ki, yenə səsinə səs verən tapılmayıb.
Yalnız bir nəfərdən savayı. Naxçıvanlı şirkət sahiblərindən biri «Araz»a illik 3 milyon manat ayırmağın müqabilində təsisçilikdən pay umub.
Həmçinin idarəetmədə aktiv iştirakçı olmaq niyyətini bildirib. A
xundov razılaşmayıb - NFF-nın birinci fiquru kənar dəstəkçiləri yalnız sponsor qismində görür, klubun daxili həyatına nüfuz eləməsinə qarşıdır.
SPORTİNFO.AZ

