Braziliyalı müdafiəçi daha 1 il Premyer Liqamızda - RƏSMİ

21 İyul 11:00 Araz-Naxçıvan 1 156
Braziliyalı müdafiəçi daha 1 il Premyer Liqamızda - RƏSMİ

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” Bruno Franko ilə yeni müqavilə imzalayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı cinah müdafiəçisi daha 1 il Naxçıvan təmsilçisinin uğurları üçün çalışacaq. Braziliyalı 2025-2026-cı illər mövsümünü də “Araz-Naxçıvan”ın heyətində keçirib.

“Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssouf Paro, Artur Auqusto Da Silva, Mara Mohamed, Abdallah Sudi, Mustafa Əhmədzadə və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
6 Noyabr 18:10 Çək və bizə göndər!