"Araz Naxçıvan" heyətini düzlətmək yolunda növbəti cəhdini etməkdədir.
Növbəti mövsüm iddialılar sırasına qoşulması gözlənilməyən Muxtar Respublika təmsilçisi Ceyhun Nuriyevlə müqavilə bağlamağa hazırlaşır.
"Ağ-qırmızılar" ötən ay "Zirə"dən ayrılan və legioner həyatı yaşamaq arzusu həyata keçməyən yarımmüdafiəçi ilə danışıqları başa çatdırmaq üzrədir.
Klubsuz qalmaq ehtimalını yaxına buraxmaq istəməyən millinin üzvü onlardan gələn təklifi qəbul edib.
Region mənsubu mövsümlərarası fasilədə bir xeyli dəyişikliyə məruz qalıb.
Büdcəsi azalan klub Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriques, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos, Ba-Muaka Simakala və Urfan Abbasovu yola salıb.
Onların əvəzində isə Luka Dumançiç ("Persis", İndoneziya), Rəşad Həsənv (Son klubu "Cəbrayıl"), Alberto Qarsia Fernandes (“Akritas Xloraka”, Kipr), Alexandro Herrera ("San Kristobal”, Dominikan), Rövlan Muradov ("Zirə"), Artur Auqusto Da Silva ("Semen Padang", İndoneziya), Mara Mohamed (“Kançanaburi”, Tayaland) və Abdallah Sudi (“Persijap”, İndoneziya) kollektivə qoşulub.
SPORTİNFO.AZ

