"Neftçi"yə 1 milyon avro qazandırdı, 5 il sonra geri döndü

17 İyul 19:40 Araz-Naxçıvan 4 020
"Neftçi"yə 1 milyon avro qazandırdı, 5 il sonra geri döndü

"Neftçi"nin sabiq legioneri Mamadu Kane yenidən Azərbaycana qayıdıb.

29 yaşlı qvineyalı yarımmüdafiəçi "Araz-Naxçıvan"la anlaşıb.

Tərəflər arasında 1 illik müqavilə imzalanıb.

2018-ci ildə bura gəlmiş afrikalı 2021-ci ildə "Neftçi"nin heyətində Misli Premyer Liqasının çempionu olub. O, həmin ilin yayında 1 milyon avro qarşılığında "Olimpiakos"a satılıb.

Yunanıstan nəhəngi daha sonra onu eyni qiymətə "Pafos"a göndərib. Kipr təmsilçisi ötən müddət ərzində Kaneni müxtəlif klublara icarəyə verib.

İyunda Cavid Hüseynovu baş məşqçi postuna gətirmiş "Araz Naxçıvan" bu yay 8 transfer çalışması həyata keçirib.

Luka Dumançiç ("Persis", İndoneziya), Rəşad Həsənv ("Cəbrayıl"), Alberto Qarsia Fernandes (“Akritas Xloraka”, Kipr), Alexandro Herrera ("San Kristobal”, Dominikan), Rövlan Muradov ("Zirə"), Artur Auqusto Da Silva ("Semen Padang", İndoneziya), Mara Mohamed (“Kançanaburi”, Tayaland) və Abdallah Sudini ( “Persijap”, İndoneziya) sıralarına qatıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Avqust 18:10 Çək və bizə göndər!