“Onun necə yaxşı futbolçu olacağını tezliklə görəcəksiz“.
Bu sözləri Sportinfo.az-a açıqlamasında tanınmış menecer Süleyman Yula deyib.
“Araz-Naxçıvan” heyətini komplektləşdirmək istiqamətində işləri davam etdirir.
Naxçıvan təmsilçisi qvineyalı Mara Mohamedlə anlaşıb. Hücumçu ilə müqavilənin müddəti 1 illikdir.
O, müxtəlif illərdə Fransanın “Loryan”, “Paris”, “Thonon Evian”, “Martiques”, “Stad Brioşan”, “Hyeres 83”, eləcə də Taylandın “Ratçaburi” və “Kançanaburi” klublarında çıxış edib.
30 yaşlı forvard 3 matçda Qvineya yığmasının formasını da geyinib. Onun həm da Fransa vətəndaşlığı var.
Afrikalının ölkəmizə gəlişinə Yula vasitəçilik edib. Bu məqsədlə ölkəmizə gələn məşhur keçmiş “Beşiktaş“lı bildirib ki, təmsilçisi olduğu hücumçu Premyer Liqada adından söz etdirəcək:
“Maranın yaxşı sürəti var. Ön xəttin müxtəlif bölgələrində oynamağı bacarır.
Ondan çox şey gözləyin. Yaşına görə böyük təcrübəsi var.
“Araz“ Maranı bir müddətdir izləyirdi. Bəyəndiklərini bilirdik. Ona görə də danışıqlarımız uzun çəkmədi.
Maranı qapını görən və qolu hiss edən hücumçulardandır. “Araz“ həmyerlimi almaqla düzgün iş görüb.
O, vurduğu qollarla komanda yoldaşlarını tez-tez sevindirəcək“.

