İslamiadada medal almış yığmanın müdafiəçisi "Araz Naxçıvan"a döndü

15 İyul 23:40 Araz-Naxçıvan 213
İslamiadada medal almış yığmanın müdafiəçisi "Araz Naxçıvan"a döndü

Gənclər yığmasının sabiq müdafiəçisi Mirəli Əhmədov yenidən "Araz Naxçıvan"a qayıdıb.

İki il öncə də Muxtar Respublika təmsilçisinin formasını geyinmiş sol cinah oyunçusu hazırda Cavid Hüseynovun sərəncamındadır.

"Ağ-qırmızılar"ın yeni baş məşqçisi onu yaxşı tanıyır. Çünki Əhmədov ötən mövsümü onun rəhbərliyi altında keçirib.

İslamiadanın bürünc medallarını qazanmış arxa xətt oyunçusu keçən yola saldığımız sezonda "Cəbrayıl"ın şərəfini qoruyub və kifayət qədər yaxşı təsir bağışlayıb.

"Araz" bu yay Luka Dumançiç ("Persis", İndoneziya), Rəşad Həsənv ("Cəbrayıl"), Alberto Qarsia Fernandes (“Akritas Xloraka”, Kipr), Alexandro Herrera ("San Kristobal”, Dominikan), Rövlan Muradov ("Zirə") və Artur Auqusto Da Silva ("Semen Padang", İndoneziya) ilə müqavilə imzalayıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!
15 İyul 05:00 Paşam birinci yeri tutdu