“O, pis məşqçi deyil”

11 İyul 23:40 Araz-Naxçıvan 108
“O, pis məşqçi deyil”

«O, pis məşqçi deyil».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Araz-Naxçıvan»ın sabiq kapitanı Ürfan Abbasov deyib.

İki il Muxtar Respublika təmsilçisinin formasını geyinmiş müdafiəçi son 6 ayda komandanı çalışdırmış Andrey Demçenko haqda danışıb.

32 yaşlı arxa xətt oyunçusu «o, niyə uğurlu ola bilmədi» sualına cavabında aşağıdakıları söyləyib:

«Onun öz oyun üslubu vardı. Amma bunu komandaya aşılamaq üçün zamanı yox idi.

Mövsümün birinci yarısını pis keçirmədik. Digər rəqiblərdən çox da geri qalmırdıq.

Düşünürdüm ki, ikinci dövrə daha yaxşı olar. Təəssüf ki, Elmar Baxşıyevlə yollar ayrıldı.

Bundan sonra komandaya Andrey Demçenko gəldi. İstədi öz oyun sistemini formalaşdırsın.

Bu da bir qədər vaxt aldı. Liqanın sonlarına yaxın onun istədiyi kimi oynamağa başladıq.

Onda da gec idi, avrokuboklara vəsiqə qazanmaq şanısımız qalmamışdı».

Demçenko 2026-cı ilin yanvarında bu vəzifəyə təyin olunmuşdu.

Komanda onun rəhbərliyi altında 17 rəsmi oyun keçirib. Bu matçlardan 6-da qələbə qazanıb, 2-də heç-heçə edib. "Araz Naxçıvan" çempionatı 6-cı yerdə başa vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
11 İyul 16:50 Çək və bizə göndər!