İndoneziyadan "Araz-Naxçıvan"a - Bu dəfə braziliyalı qapıçı gətirdilər

20:20 Araz-Naxçıvan 95
İndoneziyadan "Araz-Naxçıvan"a - Bu dəfə braziliyalı qapıçı gətirdilər

Yeni mövsümün hazırlığını davam etdirən “Araz-Naxçıvan” daha bir futbolçu ilə anlaşıb.

Sportinfo.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı qapıçı Artur Auqusto Da Silva 2026-2027-ci illər mövsümünü Naxçıvan təmsilçisinin heyətində keçirəcək. 27 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb.

O, karyerası ərzində Braziliyanın “Desportivo Braziliya”, Portuqaliyanın “Oliveyrense”, “Feyrense” klublarının qapısını qoruyub. Auqustonun son klubu isə “Semen Padang” (İndoneziya) olub.

“Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssouf Paro, Mustafa Əhmədzadə və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.

"Araz-Naxçıvan"da braziliyalı qapıçı

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti