Şimali Makedoniya millisinin məşqçisi ölkəmizdən ayrıldı - Pula görə

14:00 Araz-Naxçıvan 269
Şimali Makedoniya millisinin məşqçisi ölkəmizdən ayrıldı - Pula görə

“Araz-Naxçıvan”ın məşqçilər heyətində ayrılıq baş verib.

Teodor Terziev Muxtar Respublika təmsilçisini tərk edib.

Şimali Makedoniyadan olan fiziki hazırlıq üzrə məşqçi 2 ildir çalışdığı klubla müqavilə müddətini uzatmayıb. 28 yaşlı mütəxəssis ona təklif olunan maddi şərtlərlə razılaşmayıb.

2022-ci ildə “Rabotniçki”də çalışmış UEFA-nın A kateqoriyalı məşqçi lisenziyasına sahib T.Terziev paralel olaraq Şimali Makedoniyanın 19 yaşadək futbolçulardan ibarət millisində də fəaliyyət göstərib.

Beləcə, "Araz-Naxçıvan"da yeni baş məşqçi Cavid Hüseynovun köməkçiləri müəyyənləşib.

Ona Vadar Nuriyev, Ceyhun Rzayev, Şahin Hüseynov (qapıçı məşqçi), Toğrul Bilallı (fiziki hazırlıq) və Şərif Hüseynov kömək edəcəklər. Məşqçilərlə 1 illik müqavilə imzalanıb.

Naxçıvan təmsilçisi iyunun 16-da Cavid Hüseynovla 1 illik müqavilə bağlanıldığını açıqlayıb.

SPORTİNFO.AZ

Muxtar Respublika klubunda yeni məşqçi təyinatı - RƏSMİ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti