Qvineya yığmasının 1 oyunluq hücumçusunun ümidinə qaldılar

14:40 Araz-Naxçıvan 281
Qvineya yığmasının 1 oyunluq hücumçusunun ümidinə qaldılar

Cavid Hüseynovu baş məşqçi postuna gətirmiş “Araz-Naxçıvan” üzünü ölkə xaricinə çevirib.

Muxtar Respublika təmsilçisi yeni legioneri sıralarına qatıb.

Mohamed Mara üzümüzə gələn mövsümü burada keçirəcək. Qvineyalı hücumçu ilə bağlanan müqavilənin müddəti 1 ildir.

29 yaşlı forvard son olaraq Tailanda çıxış edib. “Kançanaburi Pauer”in formasını geyinib, 28 oyunda 3 qol vurub.

Mara daha əvvəl Fransada “Loryan”, “Pari”, “Tonon-Evian”, “Martiq”, “Stad Brioşen”, “Yer”, həmçinin Tailanda “Ratçaburi”nin şərəfini qoruyub.

2016-cı ildə millinin heyətində 1 matça çıxmış ön xətt oyunçusu “Araz-Naxçıvan”da qəpiyə güllə atmayacaq. “Ağ-qırmızılar“ afrikalıya hər ay 10 min dolların üstündə əməkhaqqı ödəyəcək.

Mara “Araz“ın bu yay düşərgəsinə gətirdiyi 6-cı yeni oyunçudur.

Luka Dumançiç ("Persis", İndoneziya), Rəşad Həsənv ("Cəbrayıl"), Alberto Qarsia Fernandes (“Akritas Xloraka”, Kipr), Alexandro Herrera ("San Kristobal”, Dominikan) və Rövlan Muradov ("Zirə") ondan qabaq kollektivə qoşulub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti