Yay fasiləsində "Araz-Naxçıvan"dan ayrılan Felipe Santosun yeni klubu bəlli olub.
Sportinfo.az xəbər verir ki, beninli yarımmüdafiəçi Asiyada oynayacaq.
O, Tayland təmsilçisi “Banqkok Yunayted”lə anlaşıb. Klubun mətbuat xidməti Santosla 2 illik müqavilə imzalandığını açıqlayıb.
Felipe 2024-cü ilin yayından "Araz-Naxçıvan"ın formasını geyinirdi. O, ötən mövsüm 29 oyunda 8 qol vurub və 7 qolun ötürməsini verib.

