Naxçıvanlı şirkət sahibinin «Araz-Naxçıvan»a gəlişi baş tutmayıb.
Saytımız bu barədə Muxtar Respublika təmsilçisindən məlumat əldə edib.
Redaksiyamıza daxil olan informasiyaya görə, klub rəhbərliyi qarşı tərəfin istəyini geri çevirib.
Belə ki, iş asamı illik 3 milyon manat ödəməklə «Araz-Naxçıvan»da söz sahibi olmaq, onun idarəetməsində iştirak etimək istəyib. Üstəlik, təsisçilikdən pay almaq şərti irəli sürüb.
«Ağ-qırmızılar»ın «yuxarı eşalon»u isə hesab edib ki, bu, düzgün deyil - kluba pul buraxa bilərsən, amma işin gedişatına nəzarət və təsir edə bilməzsən.
Ümumiyyətlə, Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundovun «Araz»ı kiməsə vermək fikri yoxdur: gələn yalnız sponsor ola bilər. O da pulunu verib, kənara çəkilməlidir, başqa iddia ortaya qoymamalıdır.
SPORTİNFO.AZ

