“Araz-Naxçıvan” I Liqada işləmiş məşqçiyə güvəndi

14:00 Araz-Naxçıvan 206
“Araz-Naxçıvan” I Liqada işləmiş məşqçiyə güvəndi

«Araz-Naxçıvan»da yeni məşqçi işə başlayıb.

Yaxınlarda əsas komandanın sükanı arxasına keçən Cavid Hüseynov həmsoyadını bura gətirib.

O, Şahin Hüseynovdur.

Sonuncu indiyədək I Liqada çalışıb. «Difai» və «Şəfa»da Elgiz Kərəmlinin qapıçılar üzrə köməkçisi olub.

Cavid Hüseynovun digər yardımçılarına gəlincə, o, qardaşı Şərif Hüseynova analitik vəzifəsini tapşırıb.

“Şamaxı“ və “Səbail“də çiyin-çiyinə işlədiyi Ceyhun Rzayev də burada onunla birlikdədir. Digər köməkçilər isə Vadar Nuriyevlə Toğrul Bilallıdır.

Ayın 13-dən 20-dək təlim-məşq toplanışının birinci mərhələsi olacaq. İyulun 20-də klubun əvəzedici heyəti ilə yoxlama oyunu keçiriləcək.

Ertəsi gün dincələk futbolçular hazırlıq prosesinin ikinci mərhələsinə iyulun 22-də başlayacaq.

Ayın 31-dək davam edəcək bu mərhələdə “qırmızı-ağlar” 3 oyunda gücünü sınayacaq. İyulun 24-də “İmişli”, ayın 31-də isə “Şəfa” sparrinq-rəqib olacaq.

İyulun 28-də keçirilməsi nəzərdə tutulan oyundakı rəqib dəqiqləşməyib. Avqustun ilk 2 günündə istirahət edəcək “Araz-Naxçıvan” ayın 3-də bir araya gələcək və 4 gün sonra yoxlama matçında gücünü sınayacaq.

Avqustun 7-nə planlaşdırılan görüş üçün sparrinq-rəqib seçilməyib. Bu qarşılaşmadan sonra bərpa və istirahət edəcək futbolçular avqustun 10-dan etibarən yeni mövsümün ilk oyununun hazırlığına başlayacaq.

Bütün hazırlıq prosesinin Bakıda keçiriləcəyi bildirilib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti