“Araz-Naxçıvan” daha bir yerli məşqçiyə qapı açdı

1 İyul 20:00 Araz-Naxçıvan 1 015
“Araz-Naxçıvan” daha bir yerli məşqçiyə qapı açdı

Toğrul Bilallı karyerasını “Araz-Naxçıvan”da davam etdirəcək.

UEFA Fitness B və UEFA B məşqçi kateqoriyalarına malik olan mütəxəssis Cavid Hüseqnovun fiziki hazırlıq üzrə kömıəkçisi təyin olunub.

T.Bilallı son üç ili “Zirə”nin əvəzedici komandasında keçirib.

Bu müddətdə o, fiziki hazırlıq prosesində, futbolçuların fərdi inkişafında və performans göstəricilərinin artırılmasında yaxından iştirak edib.

Məlumata görə, cari mövsüm ərzində Bilallıya “Kəpəz” və “İmişli”dən də təkliflər olub. Lakin o, yekun qərarını “Araz-Naxçıvan”ın xeyrinə verib.

Beləliklə, Toğrul Bilallı yeni mövsümdən etibarən “Araz-Naxçıvan”ın baş məşqçisi Cavid Hüseynovun məşqçilər korpusunda fiziki hazırlıq üzrə məşqçi kimi fəaliyyət göstərəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti