“Araz-Naxçıvan”ın yeni baş məşqçisi Cavid Hüseynov öz korpusunu formalaşdırıb.
Klubla birillik müqavilə bağlamış çalışdırıcı son olaraq qapıçılar üzrə köməkçi problemini həll edib.
Etibar Tarıverdiyev bundan sonra “ağ-qırmızılar“a xidmət göstərəcək. Bir neçə il qabağa kimi “Neftçi“də çalışmış mütəxəssisin son iş yeri I Liqada MOİK olub.
Cavid Hüseynovun digər yardımçılarına gəlincə, o, qardaşı Şərif Hüseynova analitik vəzifəsini tapşırıb.
“Şamaxı“ və “Səbail“də çiyin-çiyinə işlədiyi Ceyhun Rzayev də burada onunla birlikdədir. Digər köməkçi isə Vadar Nuriyevdir.
Muxtar Respublika təmsilçisi yeni mövsümün hazırlığına iyulun 10-da başlayacaq. lk 3 gün ərzində futbolçular tibbi müayinədən keçəcəklər.
Ayın 13-dən 20-dək təlim-məşq toplanışının birinci mərhələsi olacaq. İyulun 20-də klubun əvəzedici heyəti ilə yoxlama oyunu keçiriləcək.
Ertəsi gün dincələk futbolçular hazırlıq prosesinin ikinci mərhələsinə iyulun 22-də başlayacaq.
Ayın 31-dək davam edəcək bu mərhələdə “qırmızı-ağlar” 3 oyunda gücünü sınayacaq. İyulun 24-də “İmişli”, ayın 31-də isə “Şəfa” sparrinq-rəqib olacaq.
İyulun 28-də keçirilməsi nəzərdə tutulan oyundakı rəqib dəqiqləşməyib. Avqustun ilk 2 günündə istirahət edəcək “Araz-Naxçıvan” ayın 3-də bir araya gələcək və 4 gün sonra yoxlama matçında gücünü sınayacaq.
Avqustun 7-nə planlaşdırılan görüş üçün sparrinq-rəqib seçilməyib. Bu qarşılaşmadan sonra bərpa və istirahət edəcək futbolçular avqustun 10-dan etibarən yeni mövsümün ilk oyununun hazırlığına başlayacaq.
Bütün hazırlıq prosesinin Bakıda keçiriləcəyi bildirilib.
SPORTİNFO.AZ

