“Araz-Naxçıvan” yeni mövsümün hazırlığına iyulun 10-da başlayacaq.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İlk 3 gün ərzində futbolçular tibbi müayinədən keçəcəklər. Ayın 13-dən 20-dək təlim-məşq toplanışının birinci mərhələsi olacaq.
İyulun 20-də klubun əvəzedici heyəti ilə yoxlama oyunu keçiriləcək. Ertəsi gün dincələk futbolçular hazırlıq prosesinin ikinci mərhələsinə iyulun 22-də başlayacaq.
Ayın 31-dək davam edəcək bu mərhələdə “qırmızı-ağlar” 3 oyunda gücünü sınayacaq. İyulun 24-də “İmişli”, ayın 31-də isə “Şəfa” sparrinq-rəqib olacaq.
İyulun 28-də keçirilməsi nəzərdə tutulan oyundakı rəqib dəqiqləşməyib.
Avqustun ilk 2 günündə istirahət edəcək “Araz-Naxçıvan” ayın 3-də bir araya gələcək və 4 gün sonra yoxlama matçında gücünü sınayacaq.
Avqustun 7-nə planlaşdırılan görüş üçün sparrinq-rəqib seçilməyib. Bu qarşılaşmadan sonra bərpa və istirahət edəcək futbolçular avqustun 10-dan etibarən yeni mövsümün ilk oyununun hazırlığına başlayacaq.
Bütün hazırlıq prosesinin Bakıda keçiriləcəyi bildirilib.

