Burkino Fasodan olan mərkəz müdafiəçisi Azərbaycanda saxlanıldı

29 İyun 12:40 Araz-Naxçıvan 2 044
Burkino Fasodan olan mərkəz müdafiəçisi Azərbaycanda saxlanıldı

“Araz-Naxçıvan” son iki mövsümdə komandanın heyətində çıxış edən İssouf Paro ilə yeni müqavilə imzalayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Burkino Fasodan olan mərkəz müdafiəçisi 2026-2027-ci illər mövsümündə də “qırmızı-ağların”ın formasını geyinəcək.

“Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərovla yeni müqavilə imzalayıb, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov və Luka Dumançiçi transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti
10 Avqust 18:10 Çək və bizə göndər!