Kapitan qalmaq üçün jest etdi, gözləmədiyi münasibətlə qarşılaşdı

21:00 Araz-Naxçıvan 235
Kapitan qalmaq üçün jest etdi, gözləmədiyi münasibətlə qarşılaşdı

“Araz-Naxçıvan”da yenilənmə prosesi sürətlə davam edir.

Muxtar respublika təmsilçisi nə az, nə çox 11 oyunçu - Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriques, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos, Ba-Muaka Simakala və Urfan Abbasovla yolları ayırıb.

Xüsusilə sonuncunun gedişi gözlənilməz oldu.

Digərləri ilə həftələr öncə qərar verilmişdisə, kapitanla bir neçə gün əvvəl yollar ayrıldı.

Əldə etdiyimiz məlumata görə, yeni baş məşqçi Cavid Hüseynov onun qalmasında israr edib.

Hətta müdafiəçi Hüseynovla yaxşı münasibətləri olmasına görə maaşında endirimə getməyə də razı olub.

Amma klub onun jestinə gözlənilməz qərar verib.

Bir müddət gözlətdikdən sonra çox cüzi maaş qarşılığında qalması təklif edilib.

Özünə qarşı gözlənilməz münasibətdən sonra 33 yaşlı futbolçu getməyi seçib.

"Qəbələ"nin yetirməsi 2024-cü ildən "Araz Naxçıvan"dadır.

Burada keçirdiyi 65 görüşdə 1 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.“Araz-Naxçıvan”da yenilənmə prosesi sürətlə davam edir.

Muxtar respublika təmsilçisi nə az, nə çox 11 oyunçu - Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriques, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos, Ba-Muaka Simakala və Urfan Abbasovla yolları ayırıb.

Xüsusilə sonuncunun gedişi gözlənilməz oldu.

Digərləri ilə həftələr öncə qərar verilmişdisə, kapitanla bir neçə gün əvvəl yollar ayrıldı.

Əldə etdiyimiz məlumata görə, yeni baş məşqçi Cavid Hüseynov onun qalmasında israr edib.

Hətta müdafiəçi Hüseynovla yaxşı münasibətləri olmasına görə maaşında endirimə getməyə də razı olub.

Amma klub onun jestinə gözlənilməz qərar verib.

Bir müddət gözlətdikdən sonra çox cüzi maaş qarşılığında qalması təklif edilib.

Özünə qarşı gözlənilməz münasibətdən sonra 33 yaşlı futbolçu getməyi seçib.

"Qəbələ"nin yetirməsi 2024-cü ildən "Araz Naxçıvan"dadır.

Burada keçirdiyi 65 görüşdə 1 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti