Yeni prezidentdən AÇIQLAMA: “Mən bu yolu pillə-pillə gəlmişəm“

14:40 Araz-Naxçıvan 191
Yeni prezidentdən AÇIQLAMA: “Mən bu yolu pillə-pillə gəlmişəm“

“Mən bu yolu pillə-pillə gəlmişəm.

Əvvəl baş menecer, sonra idman direktoru, indi də klub prezidenti…“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın yeni prezidenti Ceyhun Sultanov deyib.

Dünən “Araz-Naxçıvan”ın İdarə Heyətinin iclası keçirilib.

Toplantıda klubun yeni mövsümə hazırlığı, akademiyanın yenidən formalaşdırılması, əsas komandanın transfer çalışmaları müzakirə olunub.

İdarə Heyətinin qərarına əsasən, Ceyhun Sultanov prezident vəzifəsinə təyin edilib.

Futbolçu kimi “Fərid”, “Neftçi”, “Dinamo” (Bakı), “Bakı”, “Xəzər-Lənkəran”, “Kəpəz”, “Sumqayıt”, “Qəbələ”, həmçinin İranın “Maşınsazi” klublarında çıxış edən Ceyhun Sultanov millinin də formasını geyinib.

O, müxtəlif illərdə idarəçi kimi “Sumqayıt”, “Neftçi” və “Keşlə”də fəaliyyət göstərib.

Təcrübəli funksioner yeni prstunda Ramin Axundovu əvəzləyib. Müsahib təyinatıyla bağlı aşağıdakıları söyləyib:

“Çalışacam ki, burada bacardığımın ən yaxşısını edim. Nəyə gücümüz, nəyə imkanımız çatırsa, onu eləyəcəyik.

İnanıram ki, uğurlu olacağıq. Düzdür, futbolda hər şey olur, amma prezident kimi ilk görəvimin uğurlu olmasından ötrü bacardığımı əsirgəməyəcəm.

Mənə göstərilən etimadı doğruldacağıma əminəm. Hamısına təşəkkür edirəm ki, bu vəzifəni mənə həvalə etdilər.

Bacardığımın ən yaxşısını etməyəsəy göstərəcəm“.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti