Premyer Liqa təmsilçisində yeni prezident dönəmi başladı

26 İyun 17:20 Araz-Naxçıvan 1 118
Premyer Liqa təmsilçisində yeni prezident dönəmi başladı

Bu gün “Araz-Naxçıvan”ın İdarə Heyətinin iclası keçirilib.

Sportinfo.az Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, toplantıda klubun yeni mövsümə hazırlığı, akademiya komandalarının yenidən formalaşdırılması, əsas komandanın transfer çalışmaları müzakirə olunub.

İdarə Heyətinin qərarına əsasən, Ceyhun Sultanov klubun prezidenti vəzifəsinə təyin edilib.

Futbolçu kimi “Fərid”, “Neftçi”, “Dinamo” (Bakı), “Bakı”, “Xəzər-Lənkəran”, “Kəpəz”, “Sumqayıt”, “Qəbələ”, həmçinin İranın “Maşınsazi” klublarında çıxış edən Ceyhun Sultanov Azərbaycan milli komandasının da formasını geyinib, müxtəlif illərdə idarəçi kimi “Sumqayıt”, “Neftçi” və “Keşlə”də fəaliyyət göstərib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Avqust 18:10 Çək və bizə göndər!