Çexiyanı gördü, karyerasını "Araz-Naxçıvan"da davam etdirməyə RAZILAŞDI

11:20 Araz-Naxçıvan 213
Çexiyanı gördü, karyerasını "Araz-Naxçıvan"da davam etdirməyə RAZILAŞDI

"Zirə"dən ayrılan Rövlan Muradovun yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, o, karyerasını "Araz-Naxçıvan"da davam etdirəcək.

Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçi ilə Naxçıvan təmsilçisi arasında anlaşmanın müddəti 1 illikdir.

“Qəbələ”nin yetirməsi olan futbolçu müxtəlif illərdə Çexiya “Slaviya”sının B, “Qarabağ”ın U-19, “Qəbələ”, “Sumqayıt” və “Zirə”nin formasını geyinib.

O, Azərbaycanın U-19 və U-21 millilərinin də heyətində çıxış edib.

“Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.

"Zirə"dən ayrılan futbolçu "Araz-Naxçıvan"a keçdi

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti