Elitanın iştirakçısı aşağı liqada mərkəz müdafiəçisi tapdı

22 İyun 13:20 Araz-Naxçıvan 1 055
Elitanın iştirakçısı aşağı liqada mərkəz müdafiəçisi tapdı

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” Rəşad Həsənovla anlaşıb.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, mərkəz müdafiəçisi yeni mövsümdə Naxçıvan təmsilçisinin formasını geyinəcək.

Onunla imzalanan müqavilənin müddəti 1 illikdir.

“Keşlə”, “Şamaxı” və “Zirə-2”də çıxış edən 23 yaşlı futbolçu son mövsümü Birinci Liqada mübarizə aparan “Cəbrayıl”ın heyətində keçirib.

O, müxtəlif illərdə Azərbaycanın U-16, U-17, U-19 və U-21 millilərinə də dəvət alıb.

"Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!