“Araz-Naxçıvan” yayın ikinci transferini edib.
Daha öncə "Persis"dən (İndoneziya) xorvatiyalı mərkəz müdafiəçisi
Luka Dumançiçi sıralarına qatan Muxtar Respublika təmsilçisi bu dəfə Alberto Fernandezi sıralarına qatıb.
Son mövsümdə uğursuz çıxış eləmiş “ağ-qırmızılar“ 26 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalayıb.
“Real”ın yetirməsi başa çatan mövsümü Kipr çempionatında keçirb, "Akritos"ın şərəfini qoruyub.
Alberto indiyədək “Real Madrid Kastilya”, “Fuenlabrada”, “Mursia”, “Sabadell”, “Rayo Mayadahonda” və “Omoniya 29 may”da çıxış edib. Həmçinin İspaniyanın U-19 yığmasının formasını geyinib.
Prineyli legionerin “Araz-Naxçıvan”la danışıqlar aparması barədə ilk xəbəri sportal.az-ın yaydığını xatırladaq.
SPORTİNFO.AZ

