“Araz-Naxçıvan” yeni mövsüm üçün ilk transfer əməliyyatını gerçəkləşdirib.
Muxtar Respublika təmsilçisi xorvatiyalı müdafiəçi ilə anlaşıb.
27 yaşlı Luka Dumançiçlə anlaşma 1 illikdir.
Balkanlı legioner bu müddət ərzində 60 min dollar qazanacaq. Həmin məbləği 10 aya bölsək, cəmi 6000 dollar qarşılığında ölkəmizdə çıxış edəcəyi aydın olar.
Karyerası ərzində “Albalonqa”, “Leççe”, “Stabya”, “Qozanno”, “Lukkeze”, “İnter” (Zapreviç), “Rudeş”, “Solin”, “Nafta 1903” və “Jalqiris”də çıxış edən mərkəz müdafiəçisi son 5 ayda İndoneziyada “Persis”in formasını geyinib.
O, 2016-cı ildə Xorvatiyanın U-19 komandasında 1 oyun keçirib.
“Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev və Ülvi İsgəndərovla yeni müqavilə imzalayıb.
SPORTİNFO.AZ

