“Araz-Naxçıvan” heyətinə yeni futbolçu qatıb.
Sportinfo.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Naxçıvan təmsilçisi xorvatiyalı müdafiəçi Luka Dumançiç ilə anlaşıb. 27 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Karyerası ərzində “Albalonqa”, “Leççe”, “Stabya”, “Qozanno”, “Lukkeze”, “İnter” (Zapreviç), “Rudeş”, “Solin”, “Nafta 1903”, “Jalqiris” klublarında çıxış edən mərkəz müdafiəçisi son 5 ayda İndoneziyanın “Persis” komandasının formasını geyinib.
O, 2016-cı ildə Xorvatiyanın U-19 komandasında 1 oyun keçirib.
“Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev və Ülvi İsgəndərovla yeni müqavilə imzalayıb.

