Premyer Liqada 1 oyuna çıxdı, 2 illik “nigah”a girdi

17:20 Araz-Naxçıvan 124
Premyer Liqada 1 oyuna çıxdı, 2 illik “nigah”a girdi

“Araz-Naxçıvan” yeni müqavilə imzalayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gənc futbolçu İbrahim Piriyevlə müqavilə imzalayıb. 21 yaşlı cinah yarımmüdafiəçisi ilə anlaşma 2 il müddətinə nəzərdə tutulub.

İ.Piriyev 2025-2026-cı illər mövsümündə “Araz-Naxçıvan”ın əvəzedici heyətində çıxış edib.

Mütəmadi olaraq əsas komandanın məşqlərinə cəlb olunan futbolçu “Zirə” ilə Misli Premyer Liqasının son turunda keçirilmiş matçda debut edib.

“Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov və Ülvi İsgəndərovla müqavilə müddətini uzadıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti