ŞOK! “Mən səni onda vəzifəyə gətirmək istəyirdim, bunlar pislədi”

17:40 Araz-Naxçıvan 283
ŞOK! “Mən səni onda vəzifəyə gətirmək istəyirdim, bunlar pislədi”

«Araz-Naxçıvan»ın yeni baş məşqçisinin kimliyi artıq rəsmən açıqlanıb.

Andrey Demçenkonun boşaltdığı sükanın arxasına Cavid Hüseynov əyləşib.

Onunla 1 illik müqavilə imzhalanıb.

Vaxtilə Premyer Liqada «Şamaxı» və «Səbail»i çalışdırmış mütəxəssisin təyinatına Elxan Məmmədov yarıdımçı olub.

AFFA-nın sabiq icraçı vitse-prezidenti və baş katibi olmuş şəxs Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundovdan onun xahişini edib.

NFF-nın rəhbəri dostunun sözünü yerə salmayaraq, kurasyiasındakı komandanı Hüseynova tapşırıb.

Yeni baş məşqçi ilə görüşü Axundovun özü keçirib. Burada maraqlı hadisə yaşanıb.

Belə ki, Axundov toplantıda iştirak eləyən bəzi klub rəsmilərini Hüseynova göstərərək, «bax, mənim səni hələ bu ilin əvvəlində «Araz»a gətirmək fikrim var idi, bunlar istəmədi, hərə bir tərəfdən barəndə mənfi fikirlər söylədi» ifadəsini işlədib.

Çalışdırıcı eşitdiklərindən məyus olsa da, özünü sakit aparıb, reaksiya verməyib, sadəcə, uğur qazanmaq üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti