Naxçıvanlılar “Neftçi”nin qapısını qapıçısı üçün döydülər

16 İyun 16:20 Araz-Naxçıvan 1 317
Naxçıvanlılar “Neftçi”nin qapısını qapıçısı üçün döydülər

«Neftçi»nin qapıçısı Rza Cəfərova yeni müştəri çıxıb.

Ötən mövsümün ikinci yarısını icarə əsasında «Qəbələ»də keçirmiş kiperə bu dəfə «Araz-Naxçıvan»dan dəvət gəlib.

Muxtar Respublika təmsilçisi 22 yaşlı «əlcək sahibi»ni 1 illik icarə əsasında sıralarına qatmaqda maraqlıdır. «Ağ-qırmızılar»ın rəsmiləri bu istəklə bakılı həmkarlarına müraciət edib.

Cəfərovun niyyəti oynamaqdır. Onun bu məqsədindən Yuri Vernidub məlumatlıdır.

Baş məşqçi bilir ki, Rza geri qayıdıbsa, daha ikinci-üçüncü statusu ilə barışmayacaq.

Ukraynalı çalışdırıcı millimizin də formasını geyinən «əlcək sahibi»ni asanlıqla buraxmayacaq. Kenan Piriç və Emil Balayevlə yanaşı, onu da Sloveniya toplanışına aparacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti