Prezident klubun bütün fəaliyyətini “dondurdu”, göstəriş verdi ki… SON DƏQİQƏ

15:00 Araz-Naxçıvan 669
Prezident klubun bütün fəaliyyətini “dondurdu”, göstəriş verdi ki… SON DƏQİQƏ

Uğursuz mövsüm keçirən «Araz-Naxçıvan»da vəziyyət gərginləşib. Muxtar Respublika təmsilçisi gündəmində yer alan bütün futbolçularla danışıqları dondurub. Klubdan saytımıza verilən məlumata görə, bu, Zaur Axundovun göstərişidir. Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti biznes işlərində yaranmış qeyri-müəyyənliyin klubun fəaliyyətinə mənfi təsirindən narahatdır. Odur ki, «ağ-qırmızalar»a «gözləyin» tapşırığı verib.
Nə vaxt kimi? Son sözü yenə NFF-nın birinci şəxsi deyəcək. O. dəqiq müəyyənləşdirməyib ki, bu xəmir hələ nə qədər su aparacaq. Bəlkə 1 həftə çəkdi, bəlkə də 1 ay. Ola da bilsin, ümumiyyətlə, əlini «Araz»ın üzərindən çəkdi.
Baş məşqçi postuna gətirilən Cavid Hüseynovun rəsmi təqdimatı yuxarıda sadaladığımız səbəblərdən yubanır. Vaxtilə «Şamaxı» və «Səbail»i çalışdırmış gənc mütəxəssis yarım aydır «Qafqaz» otelində vaxt keçirməklə məşğuldur. Burada klub rəsmiləri ilə görüşür, toplantı edir, birlikdə oyunçuların videolarını izləyirlər. Hüseynov baxdığı futbolçular arasından bir neçəsini də bəyənib, fəqət, real işə keçməyə əldə maddi resurs olmalıdır, o da ki bu gün yoxdur…

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti