"Araz Naxçıvan" komandanın bombardiri Ba Muaka Smakala ilə danışıqlar aparır.
Muxtar respublika təmsilçisi 29 yaşlı hücumçunun xidmətində maraqlıdır.
Amma müqaviləsi başa çatan əcnəbi ilə danışıqlar çətin keçir.
Almaniyalı futbolçu daha yüksək şərtlərlə qalmağa razıdır.
Büdcəsi iki dəfəyə qədər azalan naxçıvanlılar onun tələbini qarşılamaq gücündə deyil.
Amma klub mümkün bütün cəhdləri edir ki, Smakalanı münasib qiymətə razı salıb, düşərgədə saxlasın.
Forvard ötən yaya ölkəmizə gəlib.
O, arxada qalan mövsmü meydana çıxdığı 32 oyunda 9 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ

