Premyer Liqa klubunda braziliyalı legionerə görə gözlənilməz qərar verildi

12 İyun 21:00 Araz-Naxçıvan 2 792
Premyer Liqa klubunda braziliyalı legionerə görə gözlənilməz qərar verildi

"Araz Naxçıvan"da daha bir legionerin taleyinə aydınlıq gəlib.

Muxtar respublika təmsilçisi uğursuz mövsüm keçirən Bruno Frankonu klubda saxlamağa qərar verib.

Nə qədər qəribə olsa da Braziliya legionerlə başa çatan müqavilə bir il müddətinə uzadılıb.

27 yaşlı futbolçu ötən mövsüm “Lokomotiv”dən (Sofiya) "Araz Naxçıvan"a transfer olunmuşdu.

O, arxada qalan mövsümdə meydana çıxdığı 22 görüşdə 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Sol cinah müdafiəçisi karyerası ərzində "Spartak" (Pleven), "Matonense”, “Rio Branko”, “Batatais”, “Mogi Mirim”(hamısı Braziliya) klublarında oynayıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO