“İstəyirik ki, o, burada qalsın, təklifimizi etmişik, gözləyirik”

14:40 Araz-Naxçıvan 132
“İstəyirik ki, o, burada qalsın, təklifimizi etmişik, gözləyirik”

«Biz onu burada saxlamaqda maraqlıyıq».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Araz-Naxçıvan»ın icraçı direktoru Eldəniz Yusifov deyib.

Onun bildirdiyinə görə, Patrik Andrade gələn mövsümü də “Araz-Naxçıvan”da keçirə bilər.

“Ağ-qırmızılar” Slavik Alxasov, Ömər Buludov və Tərlan Əhmədli ilə müqaviləni artırıb. Muxtar Respublika təmsilçisi kabo-verdeli legionerinə də yeni müqavilə təklif edib.

Sövdələşmənin baş tutması bir amildən asılıdır - sabiq “Qarabağ”lı yarımmüdafiəçi mövcud maaşının bir qədər aşağı salınmasına razılıq verərsə.

Eldəniz Yusifovu dinləyək:

“Keçən yay Patriklə 1+1 illik müqavilə imzalamışıq. Müqavilədə üstünlük klub tərəfdədir.

Yəni, klub istəyərsə, onu saxlaya bilər. Biz də istəyirik ki, o, qalsın. Patrik əla futbolçudur.

Bəzi səbəblərdən ötən mövsüm uğurlu çıxış edə bilmədik. Ancaq onun komandaya necə can yandırdığını gördük

. İstəyirik ki, yenə burada qalsın. Şərtərimizi Patrikə demişik. Ümid edirik ki, təklifimizə müsbət cavab verəcək».

Yeni mövsümlə bağlı çalışmalarını davam etdirən “Araz-Naxçıvan” 10 futbolçu ilə yolları ayırıb.

Müqaviləsi başa çatan Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriques, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos və Ba-Muaka Simakala ilə yeni anlaşma imzalamayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti