Ölkənin sayılıb-seçilən klubunda son vəziyyət necədir? - AÇIQLAMA

16:00 Araz-Naxçıvan 317
Ölkənin sayılıb-seçilən klubunda son vəziyyət necədir? - AÇIQLAMA

«Bütün bu məsələlərə yaxın günlərdə tam aydınlıq gələcək».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Araz-Naxçıvan»ın icraçı direktoru Eldəniz Yusifov deyib.

Mövsümü altıncı pilədə bitirən «ağ-qırmızılar» Andrey Demçenko ilə vidalaşıb. Buradakı fəaləyyəti cəmi 5 ay davam edən ukraynalı mütəxəssisi Cavid Hüseynov əvəzləyib.

Yeni baş məşqçi bir neçə gündür vəzifəsinin ixrasına başlasa da, bu təyinat hələlik rəsmi formada ictimaiyyətə açıqlanmayıb.

Klub futbolunun ən təcrübəli və peşəkar kadrlarından hesab olunan E.Yusifov mövcud vəziyyətə bu cür münasibət bildirib:

«Bəzi məsələlər var ki, onların dəqiqləşməsini gözləyirik. Bəli, Cavid Hüseynovla danışmışıq və razılaşmışıq.

Yayın hazırlıq planının üzərində iş gedir. Komandadan 10 nəfər yola salınıb.

Mütləq şəkildə yeni transferlər etməliyik. Bu işdə bir problem yoxdur. Mən klubun özüylə bağlı bəzi məsələləri nəzərdə tuturam.

Hansı formada yolumuza davam edəcəyik - indi əsas sual budur. Hər şeyin yaxşı olacağına ümidimiz böyükdür.

Yəqin ki, yaxın bir neçə gün ərzində bütün bunlar dəqiqləşəcək».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti