Yeni çalışdırıcı kimə deyir, gəlmir - Ondan da “yox” cavabı aldı

16:30 Araz-Naxçıvan 289
Yeni çalışdırıcı kimə deyir, gəlmir - Ondan da “yox” cavabı aldı

Cavid Hüseynov «Araz-Naxçıvan»ın baş məşqçi postuna təyinatı rəsmiləşməmiş növbəti problemlə üzləşib.

2025-ci ilin martından bəri Premyer Liqadan uzaq düşmüş mütəxəssis öz korpusunu formalaşdırmaqda çətinlik çəkir.

O, qapıçılar üzrə məşqçi tapmır: kimə müraciət edibsə, hamısı «yox» cavabı verib.

Son olaraq Emil Babayevin qapısını döyən Hüseynov məyus geri dönüb, Bir neçə ildir «Sumqayıt»da işləyən Babayev klubundan ayrılmaq niyyətində olmadığını bildirib.

Mayın sonunda Andrey Demçenko ilə vidalaşan Muxtar Resupbulika təmsilçisi onun yerli həmkarıyla 1 illik müqavilə imzalayıb.

Buna qədər elitada «Şamaxı» və «Səbail»in sükanı arxasında əyləşmiş Cavid Hüseynovun hələlik 3 köməkçisi var. Bunlar qardaşı Şərif Hüseynov, dostu Ceyhun Rzayev və Vadar Nuriyevdir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
6 İyun 16:40 Öz uşaqlarımız...