Patrik Andrade gələn mövsümü də “Araz-Naxçıvan”da keçirə bilər.
Muxtar Respublika təmsilçisi kabo-verdeli legionerinə yeni müqavilə təklif edib.
Sövdələşmənin baş tutması bir amildən asılıdır - sabiq “Qarabağ”lı yarımmüdafiəçi mövcud maaşının bir qədər aşağı salınmasına razılıq verərsə.
Yeni mövsümlə bağlı çalışmalarını davam etdirən “Araz-Naxçıvan” 10 futbolçu ilə yolları ayırıb.
Müqaviləsi başa çatan Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriques, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos və Ba-Muaka Simakala ilə yeni anlaşma imzalamayıb. Klub rəhbərliyi onlara xidmətinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
“Ağ-qırmızılar” Slavik Alxasov, Ömər Buludov və Tərlan Əhmədli ilə müqaviləni artırıb.
SPORTİNFO.AZ

