«Mənim qardaşım yeni məşqçi korpusunda yer almayacaq».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Araz-Naxçıvan»ın prezidenti postuna yeganə namizəd olan Ceyhun Sultanov deyib.
Ötən ilin yayından bəri Muxtar Respublika təmsilçisində fəaliyyət göstərən təcrübəli funksioner kiçik qarlaşı Renat Sultanovun Cavid Hüseynovun briqdasında olacağı barədə xəbərləri təsdiq etməyib:
«Onun C» kateqoriyası var. Premyer Liqada məşqçi işləmək üçün minimum «B» lisenziyası almalısan.
Qardaşımla bağlı söz-söhbət haradan çıxıb, bilmirəm. Mənim özümə də təəccüblü gəldi.
Axı biz bu haqda heç nə danışmamışıq. Mən heç vaxt qardaşımı irəli çəkməmişəm. Mənim üçün iş prosesində qardaş olmur».
Renat Sultanov başa çatan mövsümdə «ağ-qırmızılar»dan 17 yaşlılardan ibarət komandasında işləyib. O, burada Elşad Əliyevin köməkçisi kimi əmək sərf edib.

