Yeni baş məşqçi “Neftçi”dən kimi istəyir?

16:40 Araz-Naxçıvan 330
Yeni baş məşqçi “Neftçi”dən kimi istəyir?

Andrey Demçenko ilə yollarını ayıran “Araz-Naxçıvan” növbəti mövsümə yerli baş məşqçi ilə hazırlaşacaq.

Vaxtilə “Şamaxı”, “Səbail” və “Cəbrayıl”ı çalışdırmış mütəxəssis yenidən Premyer Liqaya qayıtmağa isti yanaşıb.

Hüseynovun sərəncamında görmək istədiyi futbolçulardan biri Rza Cəfərovdur.

Ötən mövsümün ikinci yarısını “Qəbələ”də keçirmiş 22 yaşlı kiperin bölgə təmsilçisi ilə icarə müqaviləsi başa çatıb.

Rza hazırda “Neftçi”yə məxsusdur ki, baş məşqçi Yuri Vernidub onu komandada saxlayıb, Emil Balayevlə rəqabət aparmasını istəyir.

Naxçıvan təmsilçisi isə Rzaya “1 nömrə” olmağı təklif edir. Kristian Avraam komandanı tərk edib və “çərçivə”də yalnız Tərlan Əhmədli qalıb.

Rza Cəfərovun “Neftçi”də qalacağı real görünsə də, “Araz-Naxçıvan” keçiddə israrlıdır.

Azərbaycan millisinə də dəvət olunan qapıçı ötən mövsüm “Qəbələ”nin heyətində 8-i Premyer Liqada, 1-i Azərbaycan kubokunda olmaqla 9 matçda şans qazanıb və qapısından 15 top buraxıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti