Elxan Məmmədov bu kluba baş məşqçi təyin etdirdi

10:40 Araz-Naxçıvan 2 192
Elxan Məmmədov bu kluba baş məşqçi təyin etdirdi

AFFA-nın sabiq icraçı virse-prezidenti Elxan Məmmədov yeni baş məşqçi tapmaqda «Araz-Naxçıvan»a yol göstərib.

Bu barədə klubdan redaksiyamıza məlumat daxil olub.

Verilən informasiyaya görə, rəhbərlik Cavid Hüseynovu onun məsləhəti ilə komandanın sükanı arxasına gətirib.

Hazırda FIFA-da Üzv Assosiasiyaların direktoru vəzifəsini tutan funksioner «ağ-qırmızılar»dan yaxşı münasibətdə olduğu mütəxəssisə şansı tanımasını istəyib.

Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundovun xahişini yerə salmayıb.

Cavid Hüseynov son olaraq «Cəbrayıl»da çalışıb. Amma qeyri-rəsmi - I Liqada mübarizə aparan komandanı gündəlik məşqə çıxarsa da, adı protokola salınmayıb.

Muxtar Respublika təmsilçisi «Araz»a qədər Premyer Liqada iki komandanın başında dayanıb. «Şamaxı»da 1 il, «Səbail»də 5 aya yaxın işləyib.

Naxçıvan klubu ötən mövsümə Elmar Baxşıyevlə başlayıb, bu ilin yanvarında isə onu Andrey Demçenko ilə əvəzləyib.

Kollektiv avrokuboklara vəsiqə qazanmadığı üçün ukraynalı çalışdırıcı bir neçə gün öncə buradan ayrılıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti