Son saniyələrdə komandasını xilas edən qəhrəman "Sportinfo"ya nələr dedi?

23:00 Araz-Naxçıvan 119
Son saniyələrdə komandasını xilas edən qəhrəman "Sportinfo"ya nələr dedi?

"Araz-Naxçıvan"ın qapıçısı Tərlan Əhmədli Sportinfo.az-a açıqlama verib.

O, Premyer Liqanın 33-cü turunda "Zirə"ni məğlub etdikləri (3:2) qarşılaşma barədə düşüncələrini bizimlə bölüşüb:

"Son oyun bizim üçün vacib matç idi. Komanda olaraq meydanda sona qədər mübarizə apardıq. Həm yaxşı epizodlarımız oldu, həm də üzərində işləməli olduğumuz məqamlar var.

Ümumilikdə komandamın əzmkarlığından razı qaldım və yeni mövsümə daha yaxşı hazırlaşmağa çalışacağıq".

31 yaşlı futbolçu 90 dəqiqə yaxşı seyvləri ilə yadda qaldı.

Hətta son saniyələrdə Ruan Renatonun penaltisini qaytarmaqla hesabın bərabərləşməsinə imkan vermədi.

Əhmədli "bütün bunların fonunda səni oyunun qəhrəmanı adlandırmaq olarmı" sualına bu cür cavab verib:

"Əsas olan komandanın uğurudur. Penalti qaytarmağım komandaya kömək oldusa, buna sevinərəm.

Amma düşünürəm ki, bu qələbədə və ya nəticədə bütün komandanın əziyyəti var. Oyunun qəhrəmanı olmaqdan çox, komandama faydalı olmağı önəmli sayıram".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti