«Araz-Naxçıvan»ın yeni baş məşqçisi Cavid Hüseynov özünə daha bir köməkçi götürüb.
«Ağ-qırmızılar»la 1 illik müqavilə bağlayan gənc mütəxəssis Renat Sultanovu öz korpusuna daxil edib.
O, prezident postunda Ramin Axundovu əvəzləyən Ceyhun Sultanovun kiçik qardaşıdır.
R.Sultanov «Araz» camiəsinə yad persona deyil.
Vaxtilə bir çox klubun formasını geyinmiş, çimərlik futbolu üzrə millinin aparıcı simalarından olmuş adıçəkilən şəxs ötən ildən Naxçıvan təmsilçisinin 17 yaşlılarından ibarət komandasında baş məşqçinin yardımçısı işləyib.
C.Hüseynov ondan qabaq qardaşı Şərif Məmmədovu özünə əsas yardımçı götürüb.
Vaxtilə Almaniyada kurs keçmiş mütəxəssis həmçinin analitik vəzifəsini yerinə yetirəcək.
Son 5 ayda Andrey Demçenkonun korpusunda yer almış Vadar Nuriyev burada saxlanılıb. O, rəhbərliyin istəyi ilə işini davam etdirəcək.
Cavid Hseynov vaxtilə «Şamaxı» və «Səbail»də xidmətindən yararlandığı Ceyhun Rzayevi Muxtar Respublika təmsilçisinə gətirib. Sonuncu buna kimi «Şəfa»da çalışıb.
Qapıçılar üzrə köməkçinin kimliyinə isə yaxın günlərdə aydınlıq gələcək.
«Araz-Naxçıvan» dünən başa çatan mövsümü uğursuz keçirib. Ölkə kuboku ilə erən vidalaşan komanda yanvarda Elmar Baxşıyevi baş məşqçi postundan yola salıb.
Həmin vaxt bu postua əyləşən Andrey Demçenko isə kollektivi düşdüyü çətin vəziyyətdən çıxara bilməyib. Nəticədə «ağ-qırmızılar» Premyer Liqanı altıncı pillədə yekunlaşdııb və avrokuboklar zonasından kənarda qalıb.
SPORTİNFO.AZ

