"Araz-Naxçıvan"da qaldı

01:10 Araz-Naxçıvan 101
"Araz-Naxçıvan"da qaldı

Transfer çalışmalarına başlayan “Araz-Naxçıvan” müqaviləsi başa çatan Tərlan Əhmədli ilə yeni anlaşma imzalayıb.

Sportinfo.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qapıçı növbəti mövsümdə də komandanın uğurları üçün çalışacaq. Onunla müqavilənin müddəti 1 illikdir.

T. Əhmədli 2024-cü ilin yayından "Araz-Naxçıvan"da oynayır.

31 yaşlı qolkiper cari mövsüm 11 matçda meydana çıxıb, 20 qol buraxıb, 2 görüşdə qapısını toxunulmaz saxlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti