I Liqadan Premyer Liqaya qayıdan baş məşqçi qardaşını özünə köməkçi götürdü

22:05 Araz-Naxçıvan 199
I Liqadan Premyer Liqaya qayıdan baş məşqçi qardaşını özünə köməkçi götürdü

«Araz-Naxçıvan»da Andrey Demçenko dönəmi başa çatıb.

Dünən komandanı «Zirə» ilə Premyer Liqanın son matçına çıxaran ukraynalı artıq «ağ-qırmızılar»la vidalaşıb.

Onu kimin əvəzləyəcəyi də məlumur - günlər öncə xəbər verdiyimiz kimi.

Cavid Hüseynov Muxtar Respublika təmsilçisi ilə hərtərəfli anlaşıb. Müddət 1 ildir.

Ötən illərdə «Şamaxı» və «Səbail»i çalışdırmış Cavid Hüseynovun ilk seçimini edib. O, qadaşı Şərif Hüseynovu özünə köməkçi götürüb.

Vaxtilə Almaniyada kurs keçmiş Ş.Məmmədov qardaşının «sağ əli» olmaqla yanaşı, analitik vəzifəsini yerinə yetirəcək.

Cavid Hüseynov 2024-cü ilin noyabrından 2025-ci ilin martınadək «Səbail»də işləyib.

Həmin tarixdən bəri o, «Cəbrayıl»da görünüb, amma qeyri-rəsmi. Burada de-fakto baş məşqçilik edib və komandanı I Liqada saxlamağı bacarıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA