Rəşad Sadıqovun komandasının bəxti burada da gətirmədi - VİDEO

00:40 Araz-Naxçıvan 94
Rəşad Sadıqovun komandasının bəxti burada da gətirmədi - VİDEO

Azərbaycan Premyer Liqasında XXXIII turun növbəti oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, “Araz-Naxçıvan” “Zirə” ilə qarşılaşıb.

"SOCAR Polymer Arena"da baş tutan görüş məhsuldar alınıb. Meydan sahibləri rəqibini 3:2 hesabı ilə məğlub edib.

“Araz-Naxçıvan”ın qollarını 15-ci dəqiqədə Patrik Andrade, 32-ci dəqiqədə Felipe Santos və 73-cü dəqiqədə Ramon Maçado vurub.

“Zirə”nin heyətində isə 69-cu dəqiqədə Ruan Renato, 82-ci dəqiqədə Martins Junior fərqlənib.

Bu nəticədən sonra “Araz-Naxçıvan” turu qələbə ilə başa vurub, “Zirə” isə səfərdən xalsız dönüb.

Rəşad Sadıqovun yetirmələri son dəqiqələrdə penaltidən yararlana bilməyib.

"Araz-Naxçıvan" - "Zirə" 3:2

“SOCAR Polymer Arena”, 200 tamaşaçı
Baş hakim: Əkbər Əhmədov
Baş hakimin köməkçiləri: Akif Əmirəli, Zeynal Zeynalov
Dördüncü hakim: İslam Məmmədov
VAR: Kamal Umudlu
AVAR: Asiman Əzizli
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Eldar Məmmədov
Sarı vərəqələr: Rahil Məmmədov, 18 (qeyri-idman hərəkəti) // Ruan Renato, 33 (hakimin qərarına etiraz); Brahim Konate, 50 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Rəşad Sadıqov, 33 (hakimin qərarına etiraz)
Qollar: Patrik Andrade, 15; Felipe Santos, 33; Ramon Maçado, 73 // Ruan Renato, 69; Martins Junior, 83
Qolla nəticələnməyən penalti: Martins Junior, 90+6
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 6 dəq.

“Araz-Naxçıvan”
94. Tərlan Əhmədli
34. Urfan Abbasov (k)
4. Rahil Məmmədov
14. Ülvi İsgəndərov
26. Ömər Buludov
(70. Şarl Boli, 78)
24. Mustafa Əhmədzadə
6. Patrik Andrade
10. Felipe Santos
11. Ba-Muaka Simakala
(16. Ramon Maçado, 71)
77. Bruno Franko
19. Bar Kohen
(86. İbrahim Piriyev, 71)
Ehtiyat oyunçular:
12. Kristian Avram
8. Coşqun Diniyev
33. Elmir Cəfərov
Baş məşqçi: Andrey Demçenko

“Zirə”
13. Aydın Bayramov
70. Namik Ələskərov
(11. Junior Martins, 58)
8. İsmayıl İbrahimli
7. Rövlan Muradov
(32. Qismət Alıyev, 66)
14. Elçin Əlicanov
29. Ceyhun Nuriyev
4. Ruan Renato (k)
9. Davit Volkov
(22. Eren Aydın, 76)
93. Brahim Konate
(10. Giorgi Papunaşvili, 58)
5. Ange Mutsinzi
6. Eldar Quliyev
(73. Anatoli Nuriyev, 58)
Ehtiyat oyunçular:
97. Tiaqo Silva
41. Anar Nəzirov
19. Rüfət Abdullazadə
26. Stefan Aka
30. Rikardo Martins
17. Ayron Qomis
Baş məşqçi: Rəşad Sadıqov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA
23 May 02:50 “Şəfa”QIZILLANDI