Avrokuboklara gedə bilmədilər, büdcə iki dəfə azaldıldı - SON DƏQİQƏ

10:40 Araz-Naxçıvan 243
Avrokuboklara gedə bilmədilər, büdcə iki dəfə azaldıldı - SON DƏQİQƏ

Bu il avrokuboklara vəsiqə qazana bilməyən «Araz-Naxçıvan»ın gələn mövsümə aid planı bəlli olub.

Muxtar Respublika təmsilçisinin büdcəsi azaldılıb.

Bu barədə klubdan redaksiyamıza məlumat verilib.

Bildirilib ki, növbəti «futbol ili» üçün nəzərdə tutulmuş vəsait son illə müqayisədə iki dəfə aşağı salınıb. Bunun da bir səbəbi var - Zaur Axundovun maliyyə dayaqlarının kəskin şəkildə zəifləməsi.

Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti ötən ilin noyabrından bəri problem yaşayır. Biznes sferasında işləri qaydasında getmir.

Durğunluq dövrü keçirən NFF-nın başqanına futbol sferasında dəstək olan yoxdur. Ona köməklik edəcəklərinə söz verənlər çoxdan meydanı tərk edib.

Təbii ki, bu da «Araz»ın mövcud durumuna mənfi təsir göstərir. «Ağ-qırmızılar» əvvəlkitək maliyyə dəstəyi alsaydı, yəqin ki, qeyri-sabit mövsüm keçirməzdi.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti