“Araz-Naxçıvan”ın braziliyalı yarımmüdafiəçisi Felipe Santos Benin millisinə dəvət olunub.
Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, 29 yaşlı vingeri mayın 25-dən iyunun 9-dək Benində və Mərakeşdə təşkil olunacaq təlim-məşq toplanışı üçün açıqlanmış heyətə daxil edilib.
Legioner Naxçıvan təmsilçisinə iyunun 1-də qoşulacaq.
Felipe 2024-cü ilin yayından "Araz-Naxçıvan"ın formasını geyinir. O, cari mövsüm 29 oyunda 8 qol vurub və 7 qolun ötürməsini verib.

