“Koritiba”nın sabiq yarımmüdafiəçisi niyə ölkəmizdən tez çıxıb getdi?

20:00 Araz-Naxçıvan 74
“Koritiba”nın sabiq yarımmüdafiəçisi niyə ölkəmizdən tez çıxıb getdi?

“Araz-Naxçıvan”ın Vanderson Melola müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verməsinin səbəbi məlum olub.

2023-2024-cü illər mövsümündən “qırmızı-ağlar”ın formasını geyinən braziliyalı yarımmüdafiəçi zədə səbəbindən düşərgədən erkən ayrılıb.

Uzun müddətdir yaşıl sahələrdən uzaq düşmüş “sambaçı“ sözləşmənin müddətinin artırılmaaycağını öyrənincə, klub rəhbərliyinə müraciət eləyib,

iyunun 30-də bitəcək kontraktına erkən nöqtə qoyulmasını istəyib. 31 yaşlı legioner istəyinə çatmaq üçün 2 aylıq maaşından imtina edib.

Bu, öncədən planlaşdırılmayan gediş olduğundan, Naxçıvan təmsilçisi yenə xərcdən qurtula bilməyib. Ona ölkəsinə qayıtması üçün 4500 manata təyyarə bileti alınıb.

Cənubi amerikalının bura gələnədək “Koritiba”, “Eskilstuna”, “Vitebsk”, “Çernomorets” və “Panejevis” kimi klubların şərəfini qorumasını xatırladaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti