“Araz-Naxçıvan”ın legionerinin durumuna aydınlıq gəlib.
Mövsüm Vanderson Melo üçün vaxtından əvvəl başa çatıb.
Yanvarda mıəşqdə aldığı zədə nəticəsində müalicə olunan 31 yaşlı yarımmüdafiəçinin martda kollektivə qoşulacağı, apreldə meydana çıxacağı gözlənilirdi.
Lakin müalicə gözlənilən istiqamətdə getmədi. Daha doğrusu, çalışmalara başlayan Vanderson eyni zədədən əziyyət çəkərək kənarda qaldı.
Həkimlərin müayinəsindən sonra “sambaçı”nın yaya qədər oynaya bilməyəcəyi məlum olub.
Qış fasiləsinə qədər “Araz-Naxçıvan”ın keçirdiyi 16 oyunun 14-də meydanda olan Vanderson yeni ildə 2 matçda şans qazanıb. Sonuncu dəfə fevralın 8-də “Sabah”la oyunda top dalınca qaçıb.
Maraq üçün bildirək ki, 2023-cü ildən Naxçıvan təmsilçisinin uğurları üçün tər tökən səbəbkarın klubla müqaviləsinin müddəti bu ayın sonuna qədərdir.
HƏBİB / SPORTİNFO.AZ

